• $
  • €
  • ₽
  • ₺
  • £

İran ələ keçirdiyi yük gəmisini “azad edib”

İran ələ keçirdiyi yük gəmisini “azad edib”
29.05.2020 04:09
İran keçən həftə Hörmüz Boğazında ələ keçirdiyi yük gəmisini azad edib, dövlət mediası xəbər verir.

İran rəsmi xəbər agentliyi, İranın Limanlar və Dənizçilik Təşkilatındakı mənbəyə istinadən xəbər verib ki, Maersk Tigris "hərəkət etmək üçün azaddır”. Lakin gəminin operatoru olan Rickmers Gəmi İdarəçiliyindən bildiriblər ki, onlara "gəminin azad olunması ilə bağlı heç nə deməyiblər”. Marşal Adaları gəmisi və onun 24 nəfərdən ibarət heyəti 28 apreldə İranın patrul qayıqları tərəfindən ələ keçirilib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif keçən həftə bildirib ki, gəmi uzun sürən hüquqi çəkişməyə görə saxlanılıb. İran məhkəməsi tərəfindən özəl şirkətə zərərə görə gəminin aid olduğu Danimarka gəmiçilik şirkətinə cərimə ödəmək tapşırılıb, cənab Zərif izah edib. Mübahisənin həll olunub-olunmadığı məlum deyil. Çərşənbə günü İran rəsmisinə istinadən xəbər verilib ki, "məsələnin bir-iki günə həll ediləcəyi mümkündür”. Gəminin dünyanın ən əhəmiyyətli gəmi nəqliyyatı zolağında ələ keçirilməsi hadisəsinin beynəlxalq gərginliyə çevrilmə təhlükəsi olub.

ABŞ vəziyyətə nəzarət etmək üçün bölgəyə dağıdıcı USS Farragut göndərib. Maersk bildirib ki, onun gəmisi saxlanılarkən beynəlxalq dəniz yolunda olub, lakin Tehran iddia edir ki, gəmi İranın sularında olub. //bbc.co.uk/azeri

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol