• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-la Ermənistan çərçivə ticarət sazişi imzaladı

ABŞ-la Ermənistan çərçivə ticarət sazişi imzaladı
08.05.2015 12:24

Birləşmiş Ştatlar və Ermənistan ikitərəfli investisiyanın və ticarət münasibətlərinin gücləndirilməsi məqsədilə çərçivə sazişi imzalayıblar. Ermənistan prezidenti Serzh Sarkisian mayın 7-də Vaşinqtonda imzalama mərasiminə qatılıb. Sənədləri Ermənistanın xarici işlər naziri Eduard Nalbandian və ABŞ-ın Avropa və Yaxın Şərq üzrə ticarət nümayəndəsinin köməkçisi Dan Mullaney imzalayıb.

ABŞ rəsmiləri Ermənistanda qüsurlu biznes mühitini investisiyaya əngəl sayırlar. Ermənistan Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Ermənistan hökuməti bildirir ki, ötən il Birləşmiş Ştatlarla ticarət 221 milyon dollara bərabər olub. Bu isə Ermənistanın xarici ticarətində 4 faizdən də az yer tutur.

Sarkisian və ABŞ-ın vitse-prezidenti Joe Biden Vaşinqton Milli Kilsəsində bir əsr öncə qətlə yetirilmiş erməniləri yad edib. Ermənistan Osmanlı İmperiyası dönəmində 1.5 milyon erməninin soyqırıma məruz qaldığını bildirir, Türkiyə isə bu iddiaları qəbul etmir. /Azadliq.org


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol