• $
  • €
  • ₽
  • ₺
  • £

Nemtsovun hesabatı: Rusiya Ukraynada 220 əsgər itirib

Nemtsovun hesabatı: Rusiya Ukraynada 220 əsgər itirib
28.05.2020 19:40
Rusiyanın müxalifət fəalı Boris Nemtsovun yenicə dərc olunmuş hesabatında deyilir ki, Rusiya Ukraynanın şərqindəki separatçı münaqişənin iki əsas döyüşündə 220 əsgər itirib.

Rusiya Ukraynadakı münaqişəyə canlı qüvvə göndərməsi barədə Qərbin iddialarını qətiyyətlə rədd edir.

Sənəddə bu da qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı ilhaq etməsi Moskvaya milyardlarla dollara başa gəlib.

"Açıq Rusiya” internet saytında dərc olunmuş "Putin. Müharibə" adlı hesabata görə Donetsk rayonundakı kiçik İlovaysk şəhəri uğrunda döyüşdə Rusiyanın 150 əsgəri həlak olub.

Hesabatda qeyd olunur ki, ən yaxın vaxtlarda, Debaltsevoda gedən döyüşlərdə 70 Rusiya hərbçisi öldürülüb.

Bu məlumatlardan bir çoxu ötən bir il ərzində Rusiyada və xarici mediada yer alıb, lakin hesabatı dərc edənlər bildirirlər ki, faktlar bir kitab halında daha sanballı təsir bağışlaylır.

Nemtsovun tərəfdarları onun məhz bu hesabata görə qətlə yetirildiyinə inanırlar.

Onlar hesabatın böyük tirajla daha çox insanlar arasında yayılmasına çalışacaqlarını bildirirlər.

Bu hesabat üzərində işləyənlərdən biri – iqtisadçı Sergei Aleksashenko təxmin edir ki, Rusiya indiyədək Ukraynanın şərqindəki qiyama 1 milyard dollar xərcləyib.

Hesabatda deyilir ki, İlovaysk döyüşündə həlak olmuş 150 Rusiya əsgərinin hər birinin ailəsinə 40 min dollar kompensasiya ödənib. Lakin Debaltsevoda həlak olanlar üçün belə kompensasiyalar ödənməyib. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol