• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Ramadini ələ keçirdi

İŞİD Ramadini ələ keçirdi
18.05.2015 09:58
İŞİD terror qruplaşmasının silahlıları Ramadi şəhərini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri ölkə rəsmiləri yayıb.

Bildirilir ki, günlərdir davam edən aramsız atışmalardan sonra polis və əsgərlər şəhərdən nizamsız qaydada çıxmalı olublar.
Hazırda İŞİD Anbar vilayətinin təxminən yarısına nəzarət edir. Anbar qubernatorunun müavini Faleh al-Issavi bildirib ki, Ramadidə gedən döyüşlərin son iki günündə 500 nəfər həlak olub.

İŞİD-in yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hökumət qoşunlarının tərk etdiyi 8-ci briqada bazasını, tankları və raket qurğularını ələ keçiriblər. Xəbər verilir ki, hökumət qoşunları yaxınlıqdakı Xalidiyyə şəhərinə çəkiliblər. Həmçinin da bildirilir ki, hökumət qoşunlarının silah-sursatı tükənmək üzrə imiş. 

Bəzi məlumatlara görə, İŞİD şəhəri ələ keçirməzdən əvvəl Ramadidə bir neçə kamikadze parrtlayışları törədib. Eyni vaxtda dörd intihar partlayışı Ramadinin cənubundakı Malaab məhəlləsində yerləşən polis korpusunu hədəfləyib.

Baş nazir Heydər al-Abadi qoşunlara şəhəri nəyin bahasına olursa-olsun müdafiə etməyi əmr etmişdi. İraqın ən böyük əyaləti olan Anbarın əsas şəhəri Ramadi Bağdadın 112 kilometrliyindədir.

Xəbər verilir ki, Tikrit şəhərinin İŞİD-dən geri alınmasında əsas rol oynamış şiə birləşmələri zorakılıq etdikləri barədə iddialardan sonra döyüşlərdən geri çəkiliblər.

Bu arada "Reuters" xəbər verir ki, strateji şəhərin İŞİD tərəfindən zəbt edilməsinə Pentaqon reaksiya verib. ABŞ müdafiə nazirliyindən bildiriblər ki, hətta Ramadi terrorçular tərəfindən alınsa belə bu İraq silahlı qüvvələrinin bütövlükdə uduzması demək deyil.

Pentaqonun mətbuat katibi Ellis Smitin sözlərinə görə şəhərin itirilməsi yalnız müəyyən müddət üçün terrorçuların propoqandasına kömək edəcək, belə ki, şəhər geri alınacaq.

"Hər bir halda koalisiya İraq silahlı qüvvələrinə dəstək olacaq və şəhər geri alınacaq”. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol