• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Krım tatarlarına dəstək

ABŞ-dan Krım tatarlarına dəstək
19.05.2015 20:01
ABŞ Dövlət Departamenti Krım tatarlarının deportasiyasının 71-ci ildönümü ilə əlaqədar bəyanat verib.

ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir ki, 2014-cü ilin martında referendumun nəticələrinə görə, Rusiyanın Krımı özünə birləşdirməsini tanımır. "Biz Ukraynanın müstəqilliyi və onun ərazi bütövlüyünü tanıyırıq. Bundan sonra da dəstəkləyəcəyik.

Bu xalqı daim sıxışdırırlar. Krım tatarlarının babaları repressiyalar şəraitində yaşayıblar, sürgündə yaşamağa məcbur ediliblər və onların nəsillərindən bir çoxu heç vaxt geri qayıtmayıb. Bu gün Krım tatarları Rusiya tərəfindən işğal edilmiş Krımda repressiyalar və diskriminasiya ilə üzləşirlər.

On min krım tatarı öz vətənindən qaçmağa məcbur edilib. Qalanlar isə zorakılığa məruz qalırlar, dindirilirlər, döyülürlər, həbs olunurlar, evlərdə və məscidlərdə əsasız polis axtarışları aparılır. Bu qəddarlıqlardan və insanın hüquqlarının pozulmasından qurtarılmalıdır".

Krım tatarlarının lideri Sergey Aksyonov söyləyib ki, hüquqlarının pozulması haqqında bəyanatlar, krım tatarlarının və başqa xalqların azadlıqlarının boğulması həqiqətə uyğun deyil. Krımın dirçəlişi və müharibə illərində respublikadan deportasiya edilmiş insanların qayıdış proqramına 2020-ci ilə qədər təqribən 10 milyard rubl ayrılacaq.

Xatırladaq ki, Krım və Sevastopol 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiyaya birləşdirilib. Prezident Vladimir Putin bildirib ki, Krımda referendumun keçirilməsi beynəlxalq hüququn normalarına və BMT-ın Nizamnaməsinə uyğundur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol