ATӘT sәdri Minsk qrupunun hәmsәdrlәri ilə görüş

ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiç ATӘT-in Minsk qrupu hәmsәdrlәri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) vә Ceyms Uorliki (ABŞ) qәbul edib.
APA-nın ATӘT-in saytına istinadәn verdiyi mәlumata görә, görüşdə ATӘT-in fәaliyyәtdә olan sәdrinin ofisinin nümayәndәlәri, fәaliyyәtdә olan sәdrin münaqişәnin hәlli üzrә xüsusi nümayәndәsi Anjey Kaspşik vә onun Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi Angelo Qnadinger iştirak edib.
Görüş zamanı İvitsa Daçiç Serbiyanın ATӘT-dәki rәhbәrliyinin nümayәndәlәrinә vә Minsk qrupu hәmsәdrlәrinә dәstәyini ifadә edib vә gördüklәri işə görə tәşәkkür edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















