• $
  • €
  • ₽
  • ₺
  • £

Soros üçüncü dünya müharibəsini proqnozlaşdırır

Soros üçüncü dünya müharibəsini proqnozlaşdırır
22.05.2015 16:21
"ABŞ Çinə "böyük güzəşt” etməlidir”.

Amerikalı milyarder Corc Soros əsasını Çin və ABŞ arasında münaqişənin qoya biləcəyi yeni dünya müharibəsinin mümkünlüyünü ehtimal edib, Market Watch resursu yazıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Sorosun nəzərincə, əgər ÇXR öz iqtisadiyyatını ixraca deyil, daxili ehtiyaclara istiqamətləndirərsə belə ssenari mümkündür. O hesab edir ki, bu zaman Çin hökumətinə öz hakimiyyətini saxlamaq üçün daxili münaqişə lazım gələcək.

"Əgər Çin və ABŞ-ın Yaponiya kimi hərbi müttəfiqləri ilə qarşıdurması yaransa, bizim Üçüncü Dünya müharibəsinin astanasında dayanacağımızı demək, sözləri şişirtmək olmayacaq”, - Market Watch Sorosun sözlərindən sitat gətirir.

Bundan qaçmaq üçün ABŞ Çinə "böyük güzəşt” etməlidir: yuana Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin tərkib hissəsi olmağa izin verməlidir. Çin valyutası bu zaman Amerika dollarına ciddi rəqib ola bilər, Market Watch yazır.

Milyarder qeyd edir ki, Çin cavab olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında güzəştə gedə bilər. Onun sözlərinə görə, Çin və ABŞ üçün razılıq əldə etmək çətin olacaq, amma alternativ "çox xoşagəlməzdir”.

Əks halda Çinin Rusiya ilə siyasi və hərbi ittifaq yaratması təhlükəsi var və o zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq, Soros sözünü yekunlaşdırıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol