• $
  • €
  • ₽
  • ₺
  • £

İran şirkətlərinə ABŞ-la ticarət əlaqələri qurmağa icazə verib

İran  şirkətlərinə ABŞ-la ticarət əlaqələri qurmağa icazə verib
24.05.2015 09:30
İran hökuməti yerli şirkətlərə ABŞ-la ticarət əlaqələrini inkişaf etdirməyə icazə verib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı naziri Qulamrza Şəfeyi bildirib.
 
"Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, deyə Qulamrza Şəfeyi  "Mehr” agentliyinə bildirib.
 
Nazir həmçinin bildirib ki, ABŞ-la birgə ticarət palatalarının yaradılması ideyası İranda 10 ay müddətində müzakirə olunub.  
 
"Hökumətlə lazımi məsləhətləşmələr aparılıb, bizə tövsiyə edilib ki, əlaqələr ilk öncə İran və ABŞ-ın özəl sektorları arasında bərpa olunmalıdır. Tədricən  birgə palataların və treyderlər arasında formal əlaqələrin yaradılması üçün bu əlaqələr möhkəmləndirilməlidir”, deyə Şəfeyi bildirib.   
 
Onun sözlərinə görə, amerikalı sahibkarlar öz təşəbbüsləri ilə artıq  İran-ABŞ sənaye-ticarət palatası yaradıblar, lakin o rəsmi qeydiyyatdan keçməyib. Şəfeyinin sözlərinə görə, amerikalı sahibkarlar İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərirlər, lakin bu məsələ ilə bağlı hələlik heç bir rəsmi sorğu göndərilməyib”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol