• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın müharibədə iştirakı Google Maps vasitəsilə "sübut olunur"

Rusiyanın müharibədə iştirakı Google Maps vasitəsilə "sübut olunur"
28.05.2015 19:48
Vaşinqtonda mənzillənən "Atlantika şurası" adlı analitik mərkəzin dərc etdiyi hesabata əsasən, Rusiya ordusunun Ukraynanın şərqində baş verən münaqişədə iştirakına dair "təkzibolunmaz sübutlar" mövcuddur.

Təhlilçilərin iddia etdiyinə görə, həmin sübutlar internetdə açıq surətdə əldə edilə bilən Google xəritə xidmətinin məlumatlarına əsaslanır.
Rusiya, qoşunlarının Donbassda yerləşdiyini və hərbi əməliyyatlarda iştirak etdiyini inkar edir. Rusiyanın iddiasına görə, Ukraynanın şərqində yalnız könüllülər vuruşur.
Atlantika şurasının işçi qrupu isə Rusiya qoşunlarının hərbi əməliyyatlarda iştirakını açıq mənbələrə əsaslanaraq sübut etməyə çalışıb. İşçi qrupun tərkibi ABŞ-ın Kiyevdəki keçmiş səfiri John Herbst də daxil bir neçə ekspertdən ibarətdir. Rusiya rəsmiləri Atlantika şurasının yeni hesabatına münasibət bildirməyiblər.
Hesabatda qeyd olunduğu kimi, peyklərdən çəkilmiş foto materiallar, mərmi çalaların təhlili və açıq mənbələrdən götürülmüş məlumatlar "DXR" və "LXR" tərəfindən keçirilmiş irimiqyaslı hücumların Rusiya ərazisindən başlandığını sübut edir.

Atlantika şurası ekspertlərinin qeyd etdiyi kimi, Google Earth və Google Maps xidmətlərinə çıxışı olan hər kəsə Ukrayna sərhədinə bitişik ərazilərdə Rusiyanın şəbəkələşmiş sistemlər yaratdığı aydın görünür. // bbc.com/azeri

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol