• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarova sərt xəbərdarlıq edildi

Araz Ağalarova sərt xəbərdarlıq edildi
31.05.2015 12:28
Rusiyada futbol üzrə 2018-ci ildə keçiriləcək qalmaqallı dünya çempionatına (DÇ-2018) hazırlıq üzrə Təşkilat Komitəsi oyunların keçiriləcəi stadionları inşa edən podratçılara xəbərdarlıq edib.

Rusiya mətbuatının yazdığına görə, təşkilat komitəsi xəbərdarlıq edib ki, əgər stadionlar vaxtında tikilib istifadəyə verilməsə, podratçılar iri məbləğdə cərimə ödəməli olacaqlar.

Xəbərdarlığı alanlar arasında azərbaycanlı milyarder Araz Ağalarov da var. Ağalarovun "Crocus Group” şirkəti Kalininqrad və Rostov vilayətlərində iki stadionun tikintisini üzərinə götürüb.

Podratçılara xəbərdarlıq edildiyi barədə məlumatı həm stadion inşasına cəlb edilmiş şirkətlərdəki mənbələr, həm də Rusiya hökumətindəki rəsmi şəxslər təsdiq ediblər. Məlumatda deyilir ki, cərimələr podratçı şirkətlərlə bağlanacaq əlavə müqavilələrdə əksini tapacaq.

Baş nazirin müavini, idman obyektlərinin tikintisini kurasiya edən İqor Şuvalovun aparatında bu məlumatı təsdiq ediblər. Bildirilib ki, cərimə xəbərdarlığı bəzi podratçıların tikintini ləngitməsinə görə edilib.

Məsələ burasındadır ki, oyunlar 12 stadionda keçirilməlidir. Hələlik isə onlardan cəmi 3-ü hazırdır.

Ağalarovun şirkətinin Kalininqradda inşa etməyi planlaşdırdığı stadionda tikinti işləri hələ başlamayıb. Çünki ərazi bataqlıq olduğundan federal orqanların tikintiyə dair ekspertiza rəyi hazır deyil.

"Harada ki tikinti başlamayıb, podratçılar dərhal işə başlayıb sutka boyu dayanmadan işləməlidir. Harada ki tikinti hələ başlamayıb, 3 il ərzində onlar stadionu necə tikib təhvil verəcəklər?”- deyə podratçılardan biri şərh edib.

Ağalarovun nümayəndəsi isə bildirib ki, o, hər iki stadionun tikintisinə görə şəxsən məsuliyyət daşıyır.

"Obyektlər hökmən vaxtında təhvil veriləcək”-deyə mənbə bildirib.

Ağalarovun nümayəndəsi Vladivostokdakı Uzaq Şərq Universiteti kompleksinin tikintisini misal gətirib, "Crocus”un bu obyekti məhdud müddətdə tikib təhvil verdiyiyini xatırladıb
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol