• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə 3 seçim qarşısında

Türkiyə 3 seçim qarşısında
08.06.2015 09:22
Seçki nəticələri Türkiyə üçün 3 fərqli variantı ölkə gündəminə daxil edib.

"Hürriyet" yazarları Nuray Babacan və Bülent Sarıoğlu iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərinin nəticələrinə dair təhlil yazısı ilə çıxış ediblər. Onların qənaətinə görə, bundan sonrakı mərhələnin hökumət formulları arasında 3 əsas variant özünü biruzə verir. Türkiyə siyasəti bundan sonra "koalisiya, azlıq hökuməti və keçici seçki hökuməti" ehtimallarını yoxlayaraq yeni yol axtaracaq. 

İlk varianta görə, AKP-nin rəhbərliyi ilə koalisiya üçün axtarışa başlanılacaq. Bunun üçün AKP 276 əsas səsçoxluğunu əldə etmək üçün ətrafına ortaqlar toplamağa başlayacaq. 

Əgər koalisiya hökuməti qurulmazsa, o zaman bir yaxud iki partiyanın dəstəyi ilə azlıq hökuməti qurulacaq. Bunların da nəticəsi olmazsa, o zaman bütün pariyaların təmsil olunduğu "keçici Nazirlər Kabineti" formalaşdırılacaq və ölkədə erkən seçkilər təşkil olunacaq. 

İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib. Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.

Mərkəzi Seçki Qurumunun ilkin açıqlamalarında görə hakim AKP son 13 ildəki bütün seçkilərdə olduğu kimi, bu dəfə də üstünlüyünü saxlayıb və 4-cü dəfə parlament seçkilərini qazanıb.  Hakim AKP-nin 40, 86 faizlə liderlik etdiyi seçkidə ana müxalifət səslərin  - CHP 24,95, MHP 16,29, DHP 13,129 fazini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib.

Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş olub. Bunun üçün parlamentdə AKP-nin 267 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin, 80-si MHP-nindir. 10 faizlik barajı aşaraq 12,9 faiz səs toplayan HDP parlamentdə 80 deputatla təmsil olunacaq.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol