• $
  • €
  • ₽
  • ₺
  • £

Hitlerin kitabı məktəblilər üçün buraxılır

Hitlerin kitabı məktəblilər üçün buraxılır
08.06.2015 19:39
Almaniyada Hitlerin "Mənim mübarizəm" kitabı yenidən çap olunur

70 illik qadağa bitir

 Münxen Çağdaş Tarix İnstitutu (Münchner Institut für Zeitgeschichte) Hitlerin "Mənim mübarizəm" kitabını məktəblilər, yeni nəsillər üçün nəşrə hazırladığını və yeni kitabın detallarını açıqlayıb. Kitabın orijinalı 780 səhifə idi, yeni nəşri isə 5 min elmi qeyd artırılandan sonra 2 min səhifəyə çatıb və iki cildə bölünüb. 

Bu, son bir ildə gedən müzakirəni daha da alovlandırıb. Məsələ burasındadır ki, 2015-ci ilin sonunda nasist ideologiyasının lideri Hitlerin "Mənim mübarizəm” kitabının ilk nəşrindən 70 il keçir. Bu o deməkdir ki, kitabın müəllif haqqı ictimaiyyətə keçir.

Çox adam Almaniyada bu kitabın nəşrinin qadağan olduğunu düşünür. Əslində isə yenidən çapı qadağandır, 1925-ci ildə çıxmış köhnə kitabın hələ 12 milyondan çox nüsxəsinin evlərdə yaşadığı güman olunur.

Hitlerin ölümündən sonra kitabın müəllif haqqı onun vətəni Bavariyada, Bavariya  hökumətində idi. Bavariya hökuməti qeyri-rasional nifrət manifesti olan bu kitabın Almaniyada yenidən çapını qadağan etmişdi.

Kitab ictimaiyyət üçün çox təhlükəli hesab olunur. Bu yetmiş il ərzində "Mənim mübarizəm” kitabı ingiliscə və başqa dillərdə nəşr edilib, ABŞ-da azad satışdadır. Amma Bavariya hökuməti həmin dillərdəki nəşrə verdiyi icazələrdə kitabdan müəyyən hissələrin çıxarılmasını şərt qoymuşdu və şərtə də əməl olunmuşdu.

İndi ki, 70 illik qadağa bitir, hələ bu ilin əvvəlində bir neçə alman nəşriyyatı 2016-cı ilin əvvəlində kitabı nəşr etmək istədiklərini açıqlamışdı.

Qərar Almaniyada, xüsusən yəhudilər arasında kəskin tənqidlə qarşılanmışdı. Onlar qanunla Almaniyada nasist ideologiyası yaymağın qadağan olduğunu əsas gətirərək, kitabın ümumiyyətlə qadağan olunmasını tələb edirdilər. Qarşı tərəfsə kitabın ciddi, əsaslı, elmi akademik ön sözlə nəşrini çıxış yolu göstərmişdi. Deyilmişdi ki, annotasiyada, məsələn, Hitlerin bu irqçi fikirləri haradan götürdüyü, onun ideya mənbələri göstərilə bilər, bu, onun xarizmasını azaldar.

Yəhudi aktivistlərsə deyirlər: "Siz şərə ön söz yaza bilərsinizmi?”, "Onun səsi qəbirdən yayılacaq.” Münxen yəhudi icmasının rəhbəri kitabın elmi nəşrə gedəcəyi haqda  xəbərdən sonra onu "Pandoranın qutusu” adlandırıb; bir dəfə açıldısa, daha bağlana bilməz. Bununla ilk baxışdan sadə görünən bir hərəkətin sonradan gözləniləndən böyük, acı nəticələr verməsinə işarə edib. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol