• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İŞİD-lə döyüşmək üçün daha 500 əsgər yollayır

ABŞ İŞİD-lə döyüşmək üçün daha 500 əsgər yollayır
10.06.2015 14:06
ABŞ İraq ordusunun İŞİD-lə döyüşən əsgərlərinə təlim keçmək üçün zabitlər yollayır. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Pentaqon iraqlı hərbçilərin təlimi üçün 500 zabitini İraqa ezam edəcək. Pentaqonun mətbuat məsələləri üzrə sözçüsü Steven Varren bu barədə açıqlama verib: "Daha çox iraqlı təhlükəsizlik qüvvəsinin təhsil alması üçün bir qərara gəldik. İndi bununstrateji baxımdan həyata keçirilməsinə başlanılıb".

Varrenin sözlərinə görə, ABŞ zabitlərindən təlim görən iraqlı hərbiçilər gözlənildiyindən daha müsbət nəticə verdiyinə görə daha çox əsgərin də püxtələşməsi lazım bilindi. O, qeyd edib ki, bu təlimlərə əsasən sünni təriqətindən olan əsgərlər daxildirlər. 

İndiyə qədər sünni əsgərlərin təlim və təhsilinə Bağdaddakı mərkəzi hökumət cavabdeh idi.

ABŞ-ın İraqa göndərəcəyi 500 zabitin hədəfində İraq ordusunun Ənbar vilayəti və Ramadini ələ keçirən İŞİD-ə qarşı verdiyi mübarizəni gücləndimək, terror təşkilatının ölkə daxilində irəliləməsinin qarşısını durdurmaq olduğu bildirilir.

Prezident Barak Obama keçən ilin noyabr ayında 1500 hərbçinin İraqa göndərilməsi haqqında əmr imzalamışdı. Hazırda 3100 amerikan əsgərinin İraqda olduğu deyilir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol