• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyəyə nota verdi

Rusiya Türkiyəyə nota verdi
18.06.2015 12:57
Rusiyanın Ankaradakı səfirliyi rusiyalı tələbə Məryəm İsmayılovanın itkin düşməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.

Tələbə qızın İŞİD terror qruplaşmasının silahlılarına qoşulmaq məqsədilə Türkiyəyə getdiyi ehtimal olunur. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya səfirliyinin mətbuat attaşesi İqor Mityakov bildirib.

Onun sözlərinə görə, Türkiyə XİN-i İsmayılovanın Türkiyə ərazisinə daxil olması ilə bağlı hələlik heç bir məlumat təqdim etməyib.

Səfirlikdə Məryəmin atası Mənsur İsmayılovun Ankaraya gəlməsi barədə məlumatı təsdiqləməyiblər: "Mənsur İsmayılovun Ankarada olması barədə bizdə heç bir məlumat yoxdur. O səfirliyə müraciət etməyib”.

Qeyd edək ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova iyunun 12-də itkin düşüb. Qohumların məlumatına görə, Məryəm xəlvəti xarici pasport alaraq təyyarə ilə Şeremetyevodan Türkiyəyə uçub. Qohumlar Məryəmin İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində olmasından ehtiyatlanır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox