• $
  • €
  • ₽
  • ₺
  • £

Öcalan Baykalın köməkçisi olacaq

Öcalan Baykalın köməkçisi olacaq
22.06.2015 10:38
Sabah Türkiyə Böyük Millət Məclisi (TBMM) ən uzun iş günlərindən birinə başlayacaq. 

ANS PRESS-in məlumatına görə, Dəniz Baykal TBMM-nin ən yaşlı üzvü kimi parlamentin spikeri Cəmil Çiçəkdən vəzifəni təhvil götürəcək. Saat 14.00-də Anıtkabirə əklil qoyacaq Baykal daha sonra saat 15.00-də TBMM-nin ilk iclasını idarə edəcək. 

Sabah keçiriləcək iclasda 550 millət vəkili tək-tək kürsüyə çıxaraq konstitusiyasında yazılmış and mətnini türkcə oxuyacaqlar. Hər bir millət vəkilinin and içməsi ən azı 1 dəqiqə davam edərsə, fasilə verilməsə belə bu mərasimin 10 saatdan çox davam edəcəyi gözlənilir. Millət vəkillərinin əksəriyyətinin oruc tutduqları nəzərə alınarsa iftar fasiləsi ilə birlikdə and içmə mərasiminin gecənin yarısına qədər davam edəcəyini güman etmək olar. 

Uzun iş günü səbəbindən ən gənc 6 millət vəkili müvəqqəti katib statusu ilə Dəniz Baykala yardımçı olacaq və növbə ilə kürsüyə çıxacaq millət vəkillərinin adlarını oxuyacaqlar. Müvəqqəti spiker Baykala yardımçı olacaq müvəqqəti katiblər bunlardır: HDP-dən Tuba Hezer 1989, AKP-dən Fatma Qayə Gülər 1988, HDP-dən Dilek Öcalan 1987, AKP-dən Əbdürrəhim Boynukalın 1987, HDP-dən Enise Güneyli 1986, AKP-dən Sena Nur Çelik 1986-ci il təvəllüdlü. 

And içmə mərasimindən sonra TBMM spikerliyinə namizədliyə müraciət prosesi üçün məclisin fəaliyyətinə 5 gün fasilə veriləcək. Bu müddətdən sonra spikerlik üçün seçkinin ilk turu keçiriləcək. 

Millət vəkillərinin and içmə günü TBMM-dəki otaqlarından istifadə edə bilmələri üçün ötən gün parlamentsə partiya qruplarının nümayəndələrinin müşayiəti ilə püşk atma başlayıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol