• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanda etirazlar davam edir

Yerevanda etirazlar davam edir
29.06.2015 11:17
Ermənistanın paytaxtında minlərlə etirazçı Baghramian prospektində toplaşıb, polisin dağılışmaq əmrinə məhəl qoymayıb

Ermənistanın paytaxtında minlərlə etirazçı Baghramian prospektində toplaşıb, polisin dağılışmaq əmrinə itaət etməyib. Polis rəhbəri Vladimir Gasparian iyunun 28-də axşam etirazçılara göstəriş verib ki, Azadlıq Meydanını tərk etsinlər. Daha öncə Gasparian etirazçılara dağılışmaq üçün 30 dəqiqə vaxt verib. Onlara xəbərdarlıq olunub ki, əks halda "asayiş bərpa olunacaq”.

Ancaq etirazçılardan çoxu bu xəbərdarlığa məhəl qoymayıb, Baghramian prospektində oturaq aksiyanı davam etdirib.

Etirazçılar arasında xeyli sayda qadınlar və uşaqlar var. Uşaqlar əllərində bayraq tutub. Polis azyaşlıların etiraz yerindən uzaqlaşdırılmasına dair xəbərdarlıq edib.

Polis bəyanatında media işçilərindən də tələb edib ki, polisə mane olmamaq üçün ərazini tərk etsinlər.

Bu arada deputatlar, şou biznes təmsilçiləri, tanınmış ictimai xadimlər etirazçılarla polis arasında "canlı qalxan” yaradıb.

Bir həftədən çoxdur Yerevanın mərkəzində Electric Yeravan aksiyası davam edir. Nümayişçilər avqustun 1-dən elektrikin qiymətinin 16 faiz artmasına etiraz edirlər.

İyunun 27-də Prezident Serzh Sarkisian deyib ki, müstəqil audit Rusiyaya məxsus elektrik şirkətinin qiymət artımı qərarının ədalətli olub-olmamasını araşdırana qədər hökumət "qiymət artımının yükünü” üzərinə götürəcək.

Etirazçılar isə hökumətin qərarının ləğvini, iyunun 23-də aksiyanın zorakılıqla dağıdılmasına görə məsuliyyət daşıyan polis əməkdaşlarının cəzalandırılmasını tələb edir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol