• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Suriyada 2 qadının başını kəsdi

İŞİD Suriyada 2 qadının başını kəsdi
30.06.2015 18:39

Hər iki qadının başını onların ərləri yerinə yetiriblər.

"İraq Şam İslam Dövləti" (İŞİD) silahlıları ilk dəfə olaraq Suriyada 2 qadının başını kəsib.

ANS PRESS-in məlumatına görə, qadınlar və onların ərləri cadugərlik və sehrbazlıqla məşğul olurlarmış.

Londonda fəaliyyət göstərən Suriya insan hüquqları mərkəzi bildirib ki, onlar iyunun 28-29-da Deir al Zor əyalətində edam ediliblər. Hər iki halda edamı qadınların ərləri yerinə yetiriblər.

Hazırda Suriyanın və İraqın bir çox əraziləri İŞİD silahlılarının nəzarətindədir.

Ümumiyyətlə, İŞİD terror qruplaşması İraqın şimalında da daim yeni edamlar həyata keçirir. Son dəfə İŞİD silahlıları Mosulda üç iraqlı qəbilə başçısını edam edib. Qəbilə başçıları İŞİD terror qruplaşmasının şəhərdə hakimiyyətini tanımadıqları üçün öldürülüblər. Edam edilənlər yerli qəbilələr tərəfindən ən hörmətli şəxsrlə hesab olunurdu. Bundan əvvəl isə İŞİD silahlılarının İraqın qərbindəki Ənbar əyalətində 35 nəfəri edam edib. 

Bundan başqa, İŞİD terror təşkilatı Əfqanıstanda gücünü hiss etdirmək üçün "Taliban" təşkilatının 3 üzvünü on gün əvvəl edam edib. Onlar "Taliban"a sığınmaqda günahlandırılıblar. Buna səbəb "Taliban" liderlərindən olan Ahter Mohammed Mənsuradın İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yazdığı məktub olub. Bu məktubda Liviya, İraq və Suriyada təsir gücü olan İŞİD-dən Əfqanıstanda yeni qrupların qurulmaması istənilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol