• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə terror hədəsi

Türkiyəyə terror hədəsi
12.07.2015 11:01
"KCK” ("Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası” PKK-nın administrativ quruluşu) terror təşkilatı ötən gün açıqlama yayaraq Türkiyəni hədələyib. ANS PRESS-in məlumatına görə, təşkilatın bəyanatında 2012-ci ilin axırında başladılan, 2013-cü ilin novruz bayramında ictimaiyyətə elan olunan atəşkəsin ötən gün başa çatdığı bildirilib. Su anbarı tikintisinin təxliyyə olunmasının tələb olunduğu bəyanatda bildirilib ki, KCK silahlıları artıq cavab verməyə başlayacaqlar:

"Türkiyə dövləti, "Mən dövlətəm, bildiyimi eləyərəm” – deyərək atəşkəsə riayət etməmiş, mütəmadi olaraq insidentlər yaradacaq hərəkətlər etmişdir. Halbuki hər gücün atəşkəs başlamadan əvvəlki mövqedə qalması, atəşkəsi pozacaq hərəkətlərdən qaçması deməkdir. Türkiyə dövləti isə onlarla polis bölməsi, hərbi məqsədli yol və hərbi məqsədli su anbarları yaradaraq atəşkəs şərtlərindən problemin demokratik-siyasi həlli üçün yox, döyüş üçün ciddi hazırlıqlar görərək baş verəcək insidentlərdə üstünlüyü əldə etmək üçün istifadə etmişdir”. 

Türkiyə dövlətindən dərhal su anbarı tikintilərinin dayandırılmasını tələb edən KCK bəyanatında ustaların da bu yerləri tərk etməsi istənilib. 

"Azadlıq hərəkatımız Türkiyə dövlətinin bu mövqeyini dəyərləndirərək bu vəziyyətin qəbul edilməz olduğuna qərar vermiş, bütün su anbarlarının tikintisini dayandırmaq və bunun üçün silahlı qüvvələrimiz də daxil hər cür imkanı səfərbər etməyə qərar vermişdir. Bundan sonra bütün su anbarları, burda istifadə oluunan texnika silahlılarımızın hədəfində olacaq. Bu səbəblə də su anbarı tikintisinin öhdəliyini üzərinə götürmüş mühəndislər və digər işçilər bu yerləri tərk etməlidirlər”. 
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol