• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa köçən rus milyarder geri qayıdır

Qarabağa köçən rus milyarder geri qayıdır
13.07.2015 21:49

German Sterliqov Şuşada keçirdiyi mətbuat konfransında təyyarə biletini göstərib.

Rusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, Dağlıq Qarabağa köçən məşhur fermer German Sterliqov bu həftə Rusiyaya qayıdacaq. ANS PRESS-in məlumatına görə, bu barədə onun özü bu gün Azərbaycanın işğal altında olan Şuşa şəhərində keçirdiyi mətbuat konfransında deyib. 

O, iyul ayının 16-da Rusiyaya olan birtərəfli biletini də nümayiş etdirib. 

"Mən ədalətdən qaçmıram. Mən erməni dostlarımı cinayətkarı gizlətmək kimi sorğu-sualdan xilas etmək üçün gedirəm. Mən gedirəm, əgər lazım olsa məni həbs edəcəklər, bu olmasa Qarabağa qayıdacağam və burada kənd təsərrüfatı sahəsində işimi davam etdirəcəm, müalicə mərkəzi, moda evi açacağıq". 

Rus milyarder ekstremist BORN təşkilatını (Rusiya millətçilərinin döyüş təşkilatı) maliyyələşdirməsi barədə iddialara da cavab verib. O, qətldə ittiham edilənlərlə hər hansı əlaqəsinin olmasını təkzib edib. 

"BORN-la əlaqəm, öz ərazimdə onlara məşq keçmək imkanı yaratmağım haqqında deyilənlər yalandır. Mənim dünyagörüşümlə tanış olmayan insanlar ancaq millətçilərlə əlaqəm olmasına inana bilərdi". 

Sterliqovun sözlərinə görə, onu izləyiblər. Bunun sifarişçisi isə Amerika xüsusi xidmət orqanları olub. Milyarder deyir ki, Rusiyada hakimiyyəti devirməyə arzu edən qərb оnu əsas maneə kimi görür. O, əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətçilik işləri ilə Amerikanın çevriliş cəhdinə mane ola bilir. 

Mİlyarder Azərbaycanın işğal altında olan torpaqlarında dünyada ilk ekoloji ofşor zona (vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır) yaradılmasını təklif edib. Bunun üçün isə tarixi torpaqlarımızda plastik butılka və sellofan satışını qadağan etməyi, kimya səneysini tamamilə təbii üsullarla əvəz etməyi təklif edib. "Artıq Qarabağdan Rusiyaya ərzaq məhsullarının çatdırılmasının artırılmasını, Rusiya-Qarabağ ticarət evi yaradılmasını təklif edirəm". 

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyi üçün milyarder Azərbaycanın "qara siyahısına" salınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol