• $
  • €
  • ₽
  • ₺
  • £

Milyonçunun Qarabağa gəlməyi ilə getməyi bir oldu

Milyonçunun Qarabağa gəlməyi ilə getməyi bir oldu
14.07.2015 12:48
Rusiyanı tərk edib Azərbaycanın işğal altında olan torpaqlarına köçən milyonçu German Sterligov geri qayıdır.

O bunu iyulun 13-də keçirdiyi mətbuat konfransında deyib. Qayıtma səbəbini də belə izah edir:
 
"Mənim ədalət məhkəməsindən gizlənmək fikrim yoxdur, Qarabağla Rusiya arasında mübahisə də istəmirəm. Erməni dostlarımı cinayətkarı gizlətmək barədə suallardan xilas etmək üçün gedirəm. Gedirəm - əgər lazımdırsa orda məni həbs edəcəklər. Yox əgər həbs olmasa, mən Qarabağa qayıdacam, burada təsərrüfat işlərimi davam etdirəcəm, klinika açacam.”

German Sterligov iyulun 16-da geri qayıdacağını deyib. 

KİV-in məlumatına görə, Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biri olan German Sterligovun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır.

Sterligov getməzdən öncə, elə həmin mətbuat konfransında Ermənistanın işğal etdiyi separatçı Dağlıq Qarabağ rejiminə öz inkişaf planını təqdim edib. Sterligov Dağlıq Qarabağda dövriyyəyə qızıl və gümüş dramlar salmağı və buranı dünyanın ilk ekoloji ofşoru etməyi təklif edib:
 
"Bu layihənin reallaşması üçün 3 gərəkli komponent var. Birinci- qızılın mövcudluğu. İkinci- Qarabağ tanınmamış respublikadır, ona görə də beynəlxalq bankirlərinin və ABŞ-ın Mərkəzi Bankının heç bir məhdudiyyəti onun əl-qolunu bağlamır”.
 
Sterligovun sözlərinə görə, diasporanın hesabına qızıl və gümüş dramların daxili mühasibat işlərində istifadəsi mümkün olacaq:
 
"Qarabağ prezidentinin fərmanından sonra ilk 6 ay ərzində əvvəlcə 24 milyon, daha sonra 70 milton dollar dəyərində qızıl və gümüş sikkələrin satışını təmin etmək olar.”
 
Rusiyalı biznesmen German Sterligov bir müddət əvvəl Rusiyadakı evini və biznesini qoyaraq Azərbaycanın işğal altında olan torpaqlarına köçüb. O, Şuşa haqda "erməni şəhəri" ifadəsi işlədir.

Azərbaycan Xarici İşlər nazirliyi onun adını "Qara siyahı”ya salıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol