• $
  • €
  • ₽
  • ₺
  • £

Tiflis Ermənistanı mühasirəyə salır

Tiflis Ermənistanı mühasirəyə salır
14.07.2015 18:35

Gürcüstan baş nazirinin müavini Georgi Kvirikaşvili sərt təhdid ifadələr işlədib.

Cənubi Osetiyada Gürcüstanla Rusiyanın münasibətlərinin pisləşməsi Yuxarı Lars sərhəd keçid məntəqəsinin bağlanmsı ilə nəticələnə bilər, bu isə Ermənistanı tam mühasirə vəziyyətinə salacaq. ANS PRESS-ə bu barədə iqtisadçı ekspert, sovet illərində Dövlət Plan Komitəsində məsul vəzifələr tutmuş Oqtay Haqverdiyev Rusiya əsgərlərinin işğal zonasının 300 metr irəli çəkməsi barədə xəbəri şərh edərkən bildirib. 

İqtisadçı ekspertin sözlərini gürcü KİV-lərinin yazdıqları da təsdiqləyir. Gürcüstan Rusiya ekspansiyasının genişlənməsinin qarşısını alınması məqsədi ilə sərt tədbirlərə əl atıb. Rəsmi Tiflis ilk addım kimi Abxaziya dəmir yolunun heç zaman açılmayacağını deyib. Bu isə Ermənistanla Rusiyanın əlaqələrinin intensivləşməsinə bağlanan ümidləri tamamilə məhv edib. Həmçinin Gürcüstan baş nazirinin müavini Georgi Kvirikaşvili atılan addımların bununla məhdudlaşmayacağını, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin də bağalana biləcəyini bildirib. 

Erməni mətbuatı hazırda məntəqədə çox sayda erməni yük maşınlarının növbə gözlədiyini bildirib. Məntəqənin bağlanması Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin kəskin azalmasına səbəb ola bilər. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin 40 faizə qədər azalması fonunda bu kimi xəbərlər Ermənistanda ciddi həyəcan doğurur. Bu, təsadüfi deyil, çünki Ermənistan zəruri xalq istehlakı mallarının xeyli hissəsini Rusiyadan alır. 

"Ümumiyyətlə, sovet vaxtından Ermənistanın düz-əməlli iqtisadiyyatı yox idi. Bu respublika dotasiya ilə yaşayırdı, əksər istehlak malları Rusiyadan gətirilirdi. Bu ənənə indi də davam etdirilir. SSRİ-nin yalnız iki ölkəsi - Rusiya və Azərbaycan özünü təmin etmək iqtidarında idi. Sovet vaxtı mərkəzin Ermənistana dotasiya verməsi asan idi. Amma indi bunu xarici borc kimi vermək məcburiyyətindədirlər. Nəticədə bu ölkənin xarici borcu ümumi daxili məhsulun (ÜDM) 60 fazini keçərək 5 milyard dollara çatıb. Bu çox təhlükəli səviyyədir. Yaranmış durum Ermənistan sərmayə qoyuluşu imkanlarını da sıfıra endirir”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirir. 


Oqtay Haqverdiyev - iqtisadçı ekspert, sovet Dövlət Plan Komitəsinin işçisi

Erməni analitiklər də buna bənzər bədbin proqnozlar irəli sürürlər. Erməni şərhçi Naira Ayrumyan Rusiya - Gürcüstan münasibətlərinin pisləşməsinin Ermənistanın Avrasiya İttifaqı layihələrindən tamamilə təcrid olunması ilə nəticələnə biləcəyini vurğulayır: "Əgər Rusiya Gürcüstana qarşı hücumlarını artırarsa, Tiflis 2008-ci il müharibəsində olduğu kimi Yuxarı Lars yolunu bağlaya bilər. Əgər Yuxarı Lars bağlanarsa, Ermənistan - Rusiya əlaqələri də sona çatar”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol