• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD: Türkiyədən gələn ətlər haramdır

İŞİD: Türkiyədən gələn ətlər haramdır
24.07.2015 11:08
Terror təşkilatı İŞİD Türkiyədən gələn ətləri haram elan edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə onların internetdə türk dilində çıxan jurnalında məlumat yer alıb. 

İkinci sayı çıxan jurnalda "Türkiyədən kəsilib gələn ətlər haramdır" deyə qeyd edilib və səbəblər göstərilib. 

"Türkiyədən gələn ətlərin höküm" başlıqlı yazı İŞİD-ın tərkibindəki "araşdırma və fətva" qurumu tərəfindən verilib. Yazıda belə qeyd edilir: 

"Türkiyədən gətirilən ətlərin kəsimində şübhələr var. İlk olaraq, əti kəsəsnin müsəlman olub olmamasıdır. İkinci olaraq bizə çatan məlumata görə, türkiyədəkilərin çoxu mürtətdir". 

Xatırladaq ki, İŞİD terrorçuları Suriya və İraqda bəzi şəhərləri, yaşayaış məntəqələrini ələ keçiriblər. Onların nəzarətində olduğu ərazilərdə xilafət qurmaq niyyətindədirlər. 

Türkiyə isə ötən gündən İŞİD-la mübarizəyə qoşulub. Belə ki, Türkiyə Hərbi Hava Donanmasına aid "F-16” qırıcıları səhərə yaxın İŞİD mövqelərini bombardıman ediblər. ANS PRESS-in məlumatına görə, səhərəyaxın saat 03.30-da (Bakı vaxtıyla 05.30) Diyarbəkir əsas Jet bazasından Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid 4 ədəd "F-16” qırıcısı 5 dəqiqəlik intervalla havaya qalxıblar. Kilis vilayətinin Seve kəndi ilə həmsərhəd olan Suriyanın Havar kəndinin yaxınlığında həyata keçirilən əməliyyat zamanı həyata keçirilən bombardımanın səsi Kilisdə də eşidilib. 

Bundan başqa Suriyadan açılan atəşdən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) 60 xüsusi təyinatlı desantdan ibarət 2 taboru İŞİD-in nəzarətində olan Suriyanın Ayyaşə kəndinə girib. Sərhəddən 9 km içəriyə girən desantlar kəndə nəzarəti ələ keçiriblər. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol