• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: “İŞİD-i ortadan qaldırmaq strateji hədəfimizdir”

Davudoğlu: “İŞİD-i ortadan qaldırmaq strateji hədəfimizdir”
29.07.2015 18:14


Türkiyənin baş naziri Ahmet Davutoğlu iyulun 27-də "CNN International" televiziyasında jurnalist Christiane Amanpour-a Türkiyənin İŞİD və PKK-ya qarşı son əməliyyatlardan danışıb.

Baş nazir deyib ki, Suriyada böhran başlayandan iki səbəbə görə bu ölkədə təhlükəsiz bölgə yaradılmasını istəyirdi: "Birincisi, bu ərazi qaçqınların öz ölkələri daxilində yaşaya bilmələri üçün bir yer olacaq. İndi Türkiyə təkbaşına Suriyadan gələn 2 milyon qaçqını yerləşdirib.

İkinci səbəb odur ki, bu ərazi terrorçu qrupların qarşısını alacaq. O ərazidə mülki şəxslər Suriya rejimi və terrorçu qrupların hücumlarına qarşı özlərini təhlükəsizlikdə hiss edəcəklər. İndi bu ərazinin yaradılmasının vaxtı gəlib”.

Amanpour-un "Müharibəyə gec qoşuldunuz. Bu ani dəyişikliyə nə səbəb oldu?” sualına Ahmet Davutoğlu belə cavab verib: "Əslində bu, ani olmadı. Suriyadakı bütün terrorçu qruplara lap əvvəldən fəal şəkildə qarşıyıq”.

Baş nazir deyib ki, keçən həftə Suruçda 32 Türkiyə vətəndaşının öldürülməsindən, sərhəddə bir Türkiyə hərbçisinin qətlə yetirilməsindən dərhal sonra əməliyyatlara başlamaq qərarına gəliblər.

​"Suriyadakı müxalif qüvvələri dəstəkləməliyik”

Amanpour-un "Təhlükəsiz bölgənin müxaliflərin silahlana biləcəyi və təlim keçə biləcəyi” bir ərazi olub-olmayacağı sualına isə Davutoğlu belə cavab verib:

"İŞİD-i ortadan qaldırmaq strateji hədəfimizdir. Ancaq başqa vasitələr də olmalıdır. Keçən həftə İŞİD və Suriyadakı bütün terrorçu qruplara qarşı mübarizə aparmaq üçün ABŞ-la hava xətlərimizi açmaq və koalisiya ilə birlikdə mübarizə aparmaqda razılaşdıq. Eyni zamanda Suriyanın gələcəyi üçün strategiyamız olmalıdır. Buna görə də müxalif qüvvələri dəstəkləməliyik”.

Ahmet Davudoğlu onu da deyib ki, İŞİD-in bölgədəki fəallığına görə Bashar Assad rejimi cavabdehdir. Baş nazir IŞİD-in Türkiyə, Avropa, ABŞ və bütün dünya üçün təhlükə olduğunu vurğulayıb: "İŞİD-i ortadan qaldırmaq üçün mübarizə aparmalıyıq. Ancaq Suriyada yeni bir vəziyyət də yaratmalıyıq ki, bir daha bu cür terrorçu qrupların ortaya çıxması üçün şərait olmasın”.

"Müharibə "kürdlərimizə” deyil, PKK-ya qarşıdır”

Ahmet Davutoğlu Türkiyənin terrorçu Kürd Fəhlə PArtiyası - PKK-ya qarşı keçirdiyi əməliyyatlarla bağlı bildirib ki, "bu müharibə kürdlərimizə qarşı deyil, PKK-ya qarşıdır”.

Baş nazir son həftə ərzində PKK-nın polisləri, hərbçiləri və mülki şəxsləri hədəf aldığını bildirib:

"Son seçki Türkiyədə yeni bir siyasi tablo yaradıb. Biz koalisiya hökuməti qurmağa çalışırıq. Bütün siyasi xadimlər terrorçuluqla mübarizədə birləşməlidir. Ona görə də son hücumlardan sonra bütün partiya liderlərini ortaq mübarizəyə çağırdım.

Bu çağırışı təkcə HDP qəbul etmədi. Çünki PKK ilə bəzi bağlılıqları var. Onları təkrar-təkrar terrorla birgə mübarizəyə dəvət etdim. HDP-yə qarşı yox. Ancaq HDP PKK-nın terrorçu fəaliyyətini rədd eləmir, ona qarşı çıxmır. PKK mülki şəxsləri və polisi öldürəndə bir daha HDP-ni buna qarşı çıxmağa çağırdıq. Amma bunu etmədilər.”

HDP (Xalqların Demokratik partiyası) iyunun 7-də keçirilən seçkidə parlamentə düşə bilib. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol