• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyadan “Facebook”-a qadağa

Almaniyadan “Facebook”-a qadağa
29.07.2015 20:52
"Facebook” sosial şəbəkəsi Almaniyada alman qanunlarına görə fəaliyyət göstərməlidir və buna görə saxta adla qeydiyyatdan keçmiş istifadəçilərin hesablarını bloklamaq hüququna malik deyil. 

Bu haqda Hamburq federal əyalət hökumətinin məlumatlarının mühafizəsi üzrə hüquqşünası Yohannes Kaspar deyib.
 
Hüquqşünas bildirib ki, istifadəçilər sənədin skanerdən çıxarılmış surətinin köməyi ilə sosial şəbəkənin ad və soyadı təsdiqləməyə dair tələbinə tabe olmaq məcburiyyətində deyillər. Kaspar təkid edir ki, "Facebook” onların qaydalarına əməl etməkdən imtinaya görə birtərəfli qaydada şəxsi səhifələri bloklamağı dayandırmalıdır.
 
"ICTnews” elektron xəbər xidməti "itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən sosial şəbəkənin alman qadından öz adını təsdiqləmək tələbi müzakirələrə səbəb olub. Alman qadının  "Facebook”-dan öz təxəllüsü ilə istifadə etdiyi məlum olduqdan sonra moderatorlar qadının razılığı olmadan onun fərdi məlumatlarına dəyişiklik ediblər. Qadın sənədlərin surətini təqdim edənədək moderatorlar səhifəni bloklayıblar.
 
Kaspar əmindir ki, bu, almanların şəbəkədə məxfilik hüququnu pozur və yerli qanunvericiliyə ziddir. "Hamburqda "Facebook”-un nümayəndəliyi var. Bizim ərazimizdə fəaliyyət göstərən qaydalarımıza hörmətlə yanaşmalıdır”, – hüquqşünas deyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol