Xalidə Bayramova işdən çıxarıldı

17:40 | 06.05.2021
Xalidə Bayramova işdən çıxarıldı

Xalidə Bayramova işdən çıxarıldı

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

Anews.az xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.

Xalidə Bayramova 2019-cu ilin aprelində intihar edən şagird "Elina Hacıyeva işi”ndə adı hallanan şəxslərdən biri olub.

Eyni zamanda bu il may ayının 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma zamanı müəyyən edilib ki, Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Qeyd edilənlərlə bağlı X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail RİH-nə müvafiq təqdimat verilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb