Xamneyidən İŞİD-ə qarşı mühüm tapşırıq

10:59 | 06.09.2014
Xamneyidən İŞİD-ə qarşı mühüm tapşırıq

Xamneyidən İŞİD-ə qarşı mühüm tapşırıq

İranın ali dini lideri Seyid Əli Xamneyi İraqın şimalında İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan ABŞ-la əməkdaşlıq etmək barədə əmr verdiyi bildirilib. Axar.az xəbər verir ki, bu barədə BBC-nin Fars şöbəsi Tehrandakı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, Xamneyi İran ordu rəhbərliyinə ABŞ, İraq və kürd hərbi birləşmələri ilə əməkdaşlıq etməsini tapşırıb. Mənbə bildirib ki, Xamneyi bunu İnqilab Keşikçiləri Korpusunun xarici hərbi əməliyyatlarda iştirak edən Qüds qüvvələrinin komandanı Qasım Süleymaniyə tapşırıb. General Qasım Süleymaninin iraqlı şiə polislərlə birlikdə Bağdadın müdafiəsində iştirak etdiyi bildirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb