Xankəndində işləmək üçün 107 sahibkar müraciət edib

15:48 | 30.01.2024
Xankəndində işləmək üçün 107 sahibkar müraciət edib

Xankəndində işləmək üçün 107 sahibkar müraciət edib

Xankəndində fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən Azərbaycan Dövlət Əmlak Xidmətinə 107  müraciət daxil olub. Bunu Dövlət Əmlak Xidmətinin rəisi Mətin Eynullayev deyib. 
 
O bildirib ki, hazırda Xankəndində bir neçə biznes sahələri artıq işə başlayıb. 
 
"Beton istehsalçısı və qranit və mərmər istehsal edən iki müəssisə ilə razılıq əldə olunub. Yaxın zamanda onların fəaliyyətinə start veriləcək", - o yanvarın 30-da mətbuat üçün keçirdiyi brifinqdə bildirib. 
 
Qurum rəhbəri həmçinin şəhərdə 2 heyvandarlıq kompleksinin işə başlaması barəsində razılıq olduğunu açıqlayıb. 
 
Prezident İlham Əliyev yerli televiziya kanallarında bildirib ki, 2024-cü il Xankəndinə də əhəalinin köçürülməsi nəzərdə tutulub. 
 
Xankəndi sentyabrın 19-da Qarabağda keçirilən antiteror əməliyyatlarından sonra azad olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb