Xaricdən gətirilən məhsulların içinə ziyanlı maddələr qatılır - Fəzail Ağamalı

12:18 | 18.04.2024
Xaricdən gətirilən məhsulların içinə ziyanlı maddələr qatılır - Fəzail Ağamalı

Xaricdən gətirilən məhsulların içinə ziyanlı maddələr qatılır - Fəzail Ağamalı

Xaricdən gətirilən məhsullar ziyandır, həmin çəhsulların içinə ziyanlı maddələr qatılır. Bunu deputat Fəzail Ağamalı deyib. 
 
"Qida təhlükəsizliyi ən ciddi problemdir. İstənilən məhsulların geni dəyişdirilir. Biz özümüz üçün istifadə etdiyimiz məhsulları istehsal etməyi bacarmalıyıq. 11 iqlim qurşağının 9-u bizim ölkədə var. Ət,süd,tərəvəz, meyvə -bir sözlə hər şeyi istehsal etməliyik. Bunun üçün aiddiyatı qurumlar bərabər işləməlidir. Xaricdən gətirilən məhsullar ziyandır. İçinə nə isə qatırlar. Palma yağlarının ziyanı haqqında burada danışıldı. Bu cür qidaların qarşısını alsaq nümənəvi dəyişiklik edə bilərik", - deputat  aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
 
 
Qida Təhlükəsizliyinin agentliyinin sədri bu gün keçirilən dinləmədə bildirib ki, Azərbaycana idxal olunan bütün xarici məhsullara nəzarət mexanizmi var. Həmin məhsulların tərkibində ziyanlı olacaq maddələr yoxdur. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM