Xatəmi İrandakı etirazların səbəbkarını tapdı

20:18 | 26.01.2018
Xatəmi İrandakı etirazların səbəbkarını tapdı

Xatəmi İrandakı etirazların səbəbkarını tapdı

İranda Üləma Məclisinin Rəyasət Heyətinin sözçüsü Əhməd Xatəmi jurnalistlərə açıqlamasında son bir ayda ölkədə hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarından danışıb.

Axar.az xəbər verir ki, o, iki həftə müddətində ölkənin 100-dən çox şəhərini bürüyən kütləvi xalq etirazlarını iğtişaş adlandırıb:

"Hesab edirik ki, bu kimi iğtişaşların gələcəkdə bir daha baş verməməsi üçün indidən ciddi tədbirlər görülməlidir. Ölkədəki virtual aləmin indiki fəaliyyətindən nigaranıq və təəssüf ki, ölkədə baş verən son iğtişaşlara başçılıq edənlər də məhz virtual aləmdə olan fitnəçilər idi. Sağlam bir virtual aləmin fəaliyyəti hamı tərəfindən bəyənilir. Bunda heç bir problem yoxdur. Lakin düşmənin tribunasına çevrilən virtual aləm quduz it kimidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb