Xəbər ANı: Mətbuat azadlığı jurnalist qadınların gözü ilə - ANN.TV

16:44 | 06.05.2015
Xəbər ANı: Mətbuat azadlığı jurnalist qadınların gözü ilə - ANN.TV

Xəbər ANı: Mətbuat azadlığı jurnalist qadınların gözü ilə - ANN.TV

3 may dünyanın əksər ölkələrdə Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd olunur. Bu təqvim münasibətilə Jurnalist Qadınlar Assosiasiyası və Qadın Liderliyi Uğrunda İctimai Birliyinin təşəbbüsü ilə bir qrup jurnalist və ictimai fəal qadınlar bir araya gəlib.

Toplantıda söz və mətbuat azadlığının tarixi, fəlsəfi aspektləri, eləcə də ölkəmizdə söz azadlığı ilə bağlı vəziyyət müzakirə edilib. Tədbirdə Azərbaycandakı söz və mətbuat azadlığına dair Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayevanın, Azad Media İnstitutunun təsisçisi Gülnaz Qənbərlinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezdenti Sevil Yusifovanın, şairə-publisist İradə Əlilinin və digər fəal qadınların nəzər nöqtəsi təqdim olunub, təkliflər səsləndirilib.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətlərdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.

ANN.TV-nin çəkiliş qrupunun həmin tədbirdən hazırladığı reportajı oxuculara təqdim edirik.

Hazırladı Şahpəri Abbasova

 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM