Xəbər ANı: Bakıda "Bizim kino günləri"nə start verildi - ANN.TV

19:00 | 20.11.2015
Xəbər ANı: Bakıda

Xəbər ANı: Bakıda "Bizim kino günləri"nə start verildi - ANN.TV

Bu gün Nizami Mərkəzində "Bizim kino günləri - Audiovizual Məkanda Peşəkarlıq” tədbirinə start verilib. Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına  "Azərbaycanfilm” kinostudiyasının birgə təşkil etdiyi bu tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunub.

Bu gündən başlayaraq "Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər "Nizami Kino Mərkəzi”, "Park Cinema” və "28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək. 

ANN.TV-nin çəkiliş qrupu "Bizim Kino Günləri"nin açılış mərasimini işıqlandırıb.

Hazırladı:
Zülfiyyə Səfxanova


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM