"Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona endi

22:07 | 20.05.2016

"Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona endi

"Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona enib.
 
"Report"un məlumatına görə, "ağ-yaşıllar" 12 ildir çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə vidalaşmalı olub.

Bu, XXXVI turda "Rəvan"la səfərdə 2:2 hesablı heç-heçədən sonra məlum olub. Oyuna daha üstün başlayan cənublular 2:0 hesabı ilə öndə olduqları halda, qələbəni əldən veriblər. Bununla da Lənkəran komandası çempionatı 15 xalla sonuncu pillədə başa vurub.
Reqlamentə əsasən, Premyer Liqanı sonuncu klub tərk etməlidir. AFFA İcraiyyə Komitəsinin gələn mövsümədək qərarında dəyişiklik baş verməsə, "Xəzər Lənkəran" Premyer Liqa ilə vidalaşmalı olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb