“Xəzər Lənkəran” klubunun baş məşqçisi bəlli oldu

17:46 | 05.06.2014
“Xəzər Lənkəran” klubunun baş məşqçisi bəlli oldu

“Xəzər Lənkəran” klubunun baş məşqçisi bəlli oldu

 “Xəzər Lənkəran”ın baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta Oğuz Çətin təyin edilib. Ötən ilin dekabrından etibarən həmyerlisi Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan türkiyəli mütəxəssis çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı. "Fənərbaxça", "Ərciyəsspor", "Gənclərbirliyi" və "Diyarbakirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə millisinin məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM