XİN başçısı: Ermənistanı sülhə məcbur etmək lazımdır

14:35 | 02.06.2015
XİN başçısı: Ermənistanı sülhə məcbur etmək lazımdır

XİN başçısı: Ermənistanı sülhə məcbur etmək lazımdır

"Ermənistan çağırışlara məhəl qoymur”.

Ermənistan işğal edilmiş torpaqlara Suriya və Livan qaçqınlarını yerləşdirməkdə inadkar cəhdlərinə davam edir. Uzaqgörənlikdən yan keçən bu addımlar və neqativ elementlər münaqişənin dinc yol ilə həll edilməsinin gedişatını ciddi şəkildə mürəkkəbləşdirir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibəsində bildirib.

"Ermənistan ilk növbədə qoşunlarını Azərbaycanın işğal edilmiş ərazisindən çıxarmalıdır.

Bizim mövqeyimizin siyasi və hüquqi əsasını beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin nizamnaməsi, BMT-nin Təhlükəsizlik Şurasının dörd bəyannaməsi və digər beynəlxalq sənədlər təşkil edir.  

BMT-nin dörd bəyannaməsinə müvafiq olaraq "Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması” tələb olunur. Təəssüf ki, bu tələblər 20 ildən artıqdır ki, yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur”, - nazir bildirib.    

Elmar Məmmədyarovun sözlərinə görə, keçən il Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində danışıqlar prosesi yetərincə intensiv olub.

"Eləcə də, Minsk qrupunun həmsədr ölkələri bu ölkələrin rəhbərləri simasında bu prosesdə fəal iştirak ediblər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin böyük sülh razılığı üzrərində işə başlama çağırışlarına baxmayaraq, danışıqlar dayandığı yerdən irəliləyə bilmir, belə ki, Ermənistan çağırışlara məhəl qoymur.

Azərbaycan böyük sülh danışıqlarına başlamağa hazır olduğunu dəfələrlə ifadə edib. Hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülhməramlı missiyalarında bu münaqişənin tənzimlənməsində inkişafa nail olmaları üçün Ermənistana qarşı sülhə məcbur etmə üzrə tədbirlər həyata keçirmələri labüddür”, - nazir qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM