XİN: Bu yalnız ucuz piardır

17:49 | 29.11.2013
XİN: Bu yalnız ucuz piardır

XİN: Bu yalnız ucuz piardır

Amerikanın hər hansı şəhərinin separatçı rejimin müstəqilliyinin tanımaq və hansısa ölkənin ərazi bütövlüyü əleyhinə çıxış etmək səlahiyyəti yoxdur.

Gün.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının Haylənd şəhərinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıması barədə məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, yalnız Ermənistan KİV-lərin ucuz piarıdır.

Qeyd edək ki, erməni mediası ABŞ-ın Kaliforniya ştatının Haylənd şəhərinin Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə məlumat yayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM