XİN-dən Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

10:27 | 14.11.2015
XİN-dən Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

"Parisdə kütləvi yerlərdən kənar durmalaq tövsiyə olunur"

Bu gecə Fransanın paytaxtı Parisdə baş verən terror hadisələri nəticəsində ölən və yaralananların arasında azərbaycanlıları olub-olmadığı müəyyənləşdirilir. 

Bu barədə məlumat ANS PRESS-ə Xarici İşlər Nazirliyindən verilib. XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

"Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur". 




Paris terrordan sonra

Bu gecə Parisdə bir-birinin aradınca terror hücumları baş verib. Ən son məlumata görə, 150-dən çox insan ölüb. Yüzlərlə yaralı var. 

Hadisələrdən ən dəhşətlisi isə rok konserti keçirilən salonda və Almaniya-Fransa matçı keçirilən stadionun yaxınlığında baş verib. Kamikadzelər özlərini partladıblar, əhalini girov götürüblər. Daha sonra onlar girovların bir hissəsini güllələyiblər. 

Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb. 

Fransua Olland baş vermiş terror aktı ilə bağlı G20 sammitində iştirakdan imtina edib. 
Azərbaycan prezidenti İlham Əliyev də baş vermiş faciə ilə bağlı fransız həmkarına başsağlığı verib. 
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM