XİN-dən mühüm açıqlama

16:11 | 28.08.2014
XİN-dən mühüm açıqlama

XİN-dən mühüm açıqlama

Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz.

APA – nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İran səmasında vurulan pilotsuz təyyarənin guya Azərbaycan ərazisindən havaya qalxması ilə bağlı KİV-lərdə yayılan məlumatı şərh edərkən deyib.

 

O qeyd edib ki, qonşu dövlətlərlə qonşuluq münasibətlərinin qurulması Azərbaycan üçün əsas prioritetdir.

 

ABŞ-ın Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə gəldikdə isə E. Abdullayev bu sənədin deklarativ xarakter daşıdığını və hüquqi qüvvəyə malik olmadığını vurğulayıb.

 

Bu faktın qətnaməyə səs verən senatorların səmimiliyini şübhə altına aldığını deyən E. Abdullayev bunun ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi hesabına mümkün olduğunu qeyd edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb