XİN: Sarkisyanın Qarabağa səfəri təxribatdır

17:11 | 19.04.2016
XİN: Sarkisyanın Qarabağa səfəri təxribatdır

XİN: Sarkisyanın Qarabağa səfəri təxribatdır

Ermənistan rəhbərliyinin bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir.

"Bu, bir daha onu göstərir ki, 2 aprel tarixindən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi Yerevan dayanır.

Beynəlxalq ictimaiyyətin münaqişənin həlli üzrə hərtərəfli siyasi proseslərə başlamaq barədə israrlı çağırışlarına məhəl qoymayaraq, Ermənistan rəhbərliyinin təcavüzkar siyasətini davam etdirməsi, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaması və atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir. Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə H.Hacıyev bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb