XİN sözücüsü rusiyalı həmkarına cavab verdi

12:07 | 28.04.2017
XİN sözücüsü rusiyalı həmkarına cavab verdi

XİN sözücüsü rusiyalı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Rusiyalı həmkarı Zaxarovaya dünən Azərbaycan jurnalistlərinin ünvanına söyədiyi təhqirlərə cavab verib və həmkarını məsələyə daha anlayışla yanaşmağa çağırıb:
 
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM