XİN: Terror aktlarında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

12:52 | 14.01.2016
XİN: Terror aktlarında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

XİN: Terror aktlarında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

İlkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur.

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycanın İndoneziyadakı səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb