"Xirosima-70" anıldı - VİDEO

12:02 | 06.08.2015

"Xirosima-70" anıldı - VİDEO

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılmasından 70 il keçir. 

ANN.Az xəbər verir ki, bu münasibətlə Xirosimada anım mərasimi keçirilib və tədbirdə dövlət adamları, ölkə rəhbərliyi, eləcə də hadisənin canlı şahidləri iştirak ediblər.

Xatırladaq ki, dünya miqyasında ilk dəfə istifadə olunan atom bombası 6 avqust, yerli vaxta 8.15-də Xirosima şəhərinə atılıb. 

Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Xirosimaya buraxılmışdı. 
Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olmuş, "Günəşin oğlu" adlandırılan Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.

Yaponiyanın baş naziri Shinzo Abe facə qurbanlarının adına ucaldılmış abidə önünə əkilil qoyub və nəinki Yaponiya əhalisinə, bütün dünyaya müraciət edərək silahsiz, bombasız, faciələrsiz bir dünya qurmağa çağırış edib.
 
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb