Xramçixin: Bakı müharibəyə hazırlaşır – Erməni KİV

16:13 | 14.06.2018
Xramçixin: Bakı müharibəyə hazırlaşır – Erməni KİV

Xramçixin: Bakı müharibəyə hazırlaşır – Erməni KİV

İstənilən yeni tip silahın alınması Cənubi Qafqaz regionunda qüvvələr balansını dəyişir.

Axar.az xəbər verir ki, bunu "News.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, Azərbaycan yeni silahlar əldə etməklə müharibəyə hazırlaşır:

"Azərbaycan özünün hərbi imkanlarını artırır. Yeni alınan "Polonez”lərin necə istifadə ediləcəyi taktiki və strateji situasiyadan asılı olacaq. Hər şey müharibənin necə davam edəcəyindən asılıdır.

"İsgəndər”lərlə müqayisədə "Polonez”lər daha geniş həcmli döyüş kompleksidir. Bu sistem imkan verir ki, hədəfə daha böyük sayda raketlər ata biləsən. Lakin "İsgəndər”lərin hədəfə çatma dəqiqliyi "Polonez”lərdən yüksəkdir”, – deyə o bildirib.

Xramçixinin fikrincə, Dağlıq Qarabağda hərbi fəaliyyətlərin yenilənməsi qaçılmazdır.

O, müharibənin tez başlanmasının İrəvan üçün daha sərfəli olduğunu deyib. Ekspert buna səbəb kimi deyib ki, vaxt keçdikcə Bakı İrəvana nisbətdə qüvvəsini daha çox artırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb