Yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq

18:30 | 25.09.2016
Yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq

Yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq

Məşhur britaniyalı fizik Stiven Hokinq bir daha yadplanetli şüurun insan sivilizasiyasına göstərdiyi təhlükə barəsində xəbərdarlıq edib.

Bu yaxınlarda işıq üzü görmüş sənədli filmdə Stiven Hokinq rəhbəri olduğu "Breakthrough Listen” layihəsi barəsində danışıb. Fizik Günəşdən 16 işıqili uzaqlığında yerləşən Gliese 832 c planetində virtual səyahətə çıxıb. Həmin planetin kütləsinin Yer kürəsindən 5.4 dəfə böyük olmasına baxmayaraq Gliese 832 c bir çox xüsusiyyətlərinə görə bizim planetimizə bənzəyir. Hətta Gliese 832 c-ə Earth 0.81 indeksini də veriblər. Bu göstərici elmə məlum olan bütün ekzoplanetlər arasında ən yüksəyidir.

Gliese 832 c-nin Yer kürəsi ilə oxşarlığına baxmayaraq Stiven Hokinq düşünür ki, ekzoplanetdə şüurlu həyat forması yoxdur. "Technote.az”ın "Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən alim qeyd edib ki, yadplanetlilərin həmin planetdə olduqları ehtimalı olsaydı onlar, özlərinin varolmaları haqqında çoxdan xəbər verərdilər. Lakin buna baxmayaraq alim Gliese 832 c-ə bənzər digər planetlərdə yadplanetli sivilizasiyaların olma ehtimalını yüksək qiymətləndirir. Hokinq həmçinin xəbərdarlıq edir ki, insanlıq həmin planetlərdən birindən siqnal əldə etsə onda çox ehtiyyatlı olmaq lazımdır. Alimin fikrincə yüksək inkişaf etmiş yadplanetli irq ilə görüş insanlar üçün çox təhlükəli fəsadlar yarada bilər.

Belə ki, insanları avropalı müstəmləkəçilərin yerli amerikalıları məhv etmə taleyi gözləyə bilər. Hokinq həmdə düşünür ki, bütün olan risklərə baxmayaraq insanlar özləri yadplanetliləri aşkar etməlidirlər. "Breakthrough Listen” layihəsi də məhz bunun üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu layihəni Stiven Hokinq rusiyalı sahibkar Yuriy Milner ilə birlikdə 2015-ci ildə elan etmişdilər. Güman olunur ki, bu layihə rusiyalı sahibkara 100 milyon dollara başa gələcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb