Yağış yağacaq, küclü külək əsəcək

12:24 | 11.10.2017
Yağış yağacaq, küclü külək əsəcək

Yağış yağacaq, küclü külək əsəcək

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb