Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur - VİDEO

21:27 | 22.09.2016
Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur - VİDEO

Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur - VİDEO

Paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində  sürücülərə avtomobilin yanacaq çəninə tökmək üçün əlavə qatqılar almaq təklif edilir. Onlar həmin qatqıların avtomobilin yanacaq sisteminə müsbət təsir edəcəyini iddia edirlər.

ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, bəzi sürücülər isə həmin qatqılardan alıb istifadə edirlər.

Ekspertlər isə deyirlər ki, həmin qatqıların bütün avtomobillərə tökülməsi heç də düzgün deyil. Çünkü həmin qatqılar köhnə avtomobillərə tökülərsə, yanacaq sistemini sıradan çıxara bilər.

Ekspert Qurban Məmmov yeni avtomobili olan şəxslərə bu qatqılardan istifadəni tövsiyyə edir.

Əgər köhnə avtomobili olanlar bu qatqılardan istifadə etmək istəyirlərsə, mütləq əvvəlcə avtomobilin yanacaq sistemini təmizlətdirməlidir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM