Yaponiyada 7 ballıq zəlzələ: Sunami təhlükəsi var

22:26 | 15.04.2016
Yaponiyada 7 ballıq zəlzələ: Sunami təhlükəsi var

Yaponiyada 7 ballıq zəlzələ: Sunami təhlükəsi var

Şəhərdə 740 min əhali yaşayır.

Yaponiyada daha bir güclü zəlzələ baş verib.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, ölkənin Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.
 
Qeyd olunur ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib. 

Ötən gün Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət alıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM