Yaralanan əsgərimizin toyu oldu - FOTO + VİDEO

10:45 | 22.07.2015
Yaralanan əsgərimizin toyu oldu - FOTO + VİDEO

Yaralanan əsgərimizin toyu oldu - FOTO + VİDEO

Toy YAP və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
 
 

Ötən ilin bu vaxtları Ermənistan qoşunlarının təmas xəttində ağır yaralanan əsgərlərimizdən biri, Əsgərov Elvin Mayıl oğlunun dünən Sabirabad rayonunda toy mərasimi olub. 

ANN.Az modern.az-a istinadən xəbər verir ki, toy Yeni Azərbaycan Partiyası və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Toyda millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi iştirak edib. 
 
 

Xatırladaq ki, erməni diversiya-təxribat cəhdlərinin qarşısı alınarkən yaralanan Elvin Əsgərov ötən ilin avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Onun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM