Azərbaycan bayrağını zibilliyə atdılar – VİDEO + FOTO

13:51 | 05.09.2015
Azərbaycan bayrağını zibilliyə atdılar – VİDEO + FOTO

Azərbaycan bayrağını zibilliyə atdılar – VİDEO + FOTO

"Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır...”.

Facebook sosial şəbəkəsində Azərbaycanın üçrəngli bayrağının zibillikdən asıldığını əks etdirən video və fotoşəkillər yayılıb.

Oxu.Az xəbər verir ki, məlumatı bölüşən Yusif Məmmədli adlı istifadəçi yazır ki, bayraq əvvəlcə zibil yeşiyində imiş.

Yusif deyir ki, bayrağı Yasamal rayonu ərazisində "Saf su” adlanan sudoldurma məntəqəsinin arxasında aşkarlayıb.

Həmin zibillikdən şüşə butulka toplayan bir gənc bayrağı qaldıraraq, ağaca asıb. Daha sonra bayrağı götürən Yusif onu öz iş yerinə gətirib.

Hazırda bayraq Qarabağ müharibəsi iştirakçısının evindədir.

"Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır, kimisi də Vətənin içində zibilliyə atır”, - deyə, istifadəçi yazıb.

Həmin bu görüntüləri təqdim edirik:
 
 
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti