Yasamalda 5 mətrəbəli bina sökülür – FOTOLAR

16:03 | 06.07.2017
Yasamalda 5 mətrəbəli bina sökülür – FOTOLAR

Yasamalda 5 mətrəbəli bina sökülür – FOTOLAR

Sakinlər etiraz edir, onlara nə mənzil, nə də kompensasiya söz veriblər

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 162 ünvanında yerləşən 5 mərtəbəli bina sökülür. Binada yaşayan sakinlər isə söküntüyə etiraz edirlər. Bu barədə Bizimyol.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanı sökəcək və yerinə ticarət mərkəzləri də daxil olan yeni hündür mərtəbəli bina tikəcək şirkət hələ ortalıqda görünməyib.

Artıq binanın ətrafına hasar çəkilməyə başlanılıb. Tikinti iirkətb binanın ətrafına reklam lövhələri yerləşdirib.

Bina söküldükdən sonra orada yaşayan ailələrə pul və ya yeni mənzil veriləcəyibarədə heç kimə dəqiq bir söz deyilməyib.

Sakinlərin sözlərinə görə, onlara gah, pul, gah da bina tikilib qurtarana qədər kirayələrdə mənzillə təmin olunacaqlarını, daha sonra binadan evlə təmin olunacaqlarını deyiblər. "Binada yeni evlər verilən zaman bizdən əlavə pul da istəyirlər amma ortada hələ heç nə yoxdur”-deyə sakinlərədən biri əməkdaşımıza bildirib.

Bina sakinləri dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət ediblər, lakin onların şikayətinə baxan olmayıb. İcra Hakimiyyətindən əlləri üzülən vətəndaşlar Prezident Administrasiyasına və digər müvafiq dövlət qurumlarına üz tutublar. Amma bu dövlət qurumlarına edilən şikayətlər də hələ ki cavabsız qalıb.
 
 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb