Yaşlı qadınlar və zəhmət - FOTOLAR

15:27 | 12.05.2015
Yaşlı qadınlar və zəhmət - FOTOLAR

Yaşlı qadınlar və zəhmət - FOTOLAR

Zəhmətin, əməyin yaşı olmur, azı-çoxu, ağırı-yüngülü olur. Amma zəhmətkeşlərin yaşı fərqi məsələsi var, həm də bu göstərici onların gördükləri işin keyfiyyətinə də çox təsir edir. 

Küçədə, prospektlərdə, həyətlərdə, hətta bazarlarda qadınların çalışdıqlarını - təmizlik işləri ilə məşğul olduqlarını, nəsə satdıqlarını hər kəs müşahidə edib. Yəqin ki, çoxlarının diqqətindən həmin zəhmətkeşlər arasında yaşlı qadınların olması da qaçmayıb. 

Hər səhər gün doğmamış küçələrin, prospektlərin, həyətlərin təmizliyinin qayğısına qalmaq, yaxud bazara nəsə çıxarıb satmaq, arabalarda ağır yük daşımaq bu yaşlı qadınların gündəlik həyat tərzinə çevrilib. Onları zəhmətkeş qadınlar adlandırmaq olarmı? Bəlkə əksinə, zəhmətin əzdiyi, məcburiyyətdən ona boyun əyən qadınlardır onlar?

Xəbər portalı ANN.Az-ın fotoreportyoru bugünlərdə şəhərin ayrı-ayrı yerlərində olub və zəhmətə boyun əyən, yorulmaz-usanmaz, əməksevər yaşlı qadınların fotolarını kameranın yaddaşına köçürüb. Gəlin, hər birinin arxasında həyat hekayəsi dayanan fotolara tamaşa edək

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb